Kilian Mbappe UEFA Çempionlar Liqasında möhtəşəm formasını davam etdirir.
Apasport.az xəbər verir ki, “Real Madrid”in ulduz hücumçusu Lissabonda “Benfika”ya qarşı keçirilən oyunda dubl edib. Madrid təmsilçisi matçda 2:3 hesabı ilə geridə olsa da, fransalı futbolçu səfərdə vurduğu iki qolla diqqət mərkəzinə düşüb.
Mbappenin bu qollarla cari mövsüm Çempionlar Liqasındakı qol sayı 13-ə yüksəlib. O, bombardirlər siyahısında böyük üstünlüyə malikdir. Erlinq Haaland və Harri Keyn isə hərəyə 7 qolla ikinci pilləni bölüşürlər.
27 yaşlı futbolçu bu göstərici ilə 2015/16 mövsümünün qrup mərhələsində 11 qol vuran Kriştiano Ronaldonu geridə qoyub.
“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri müəyyənləşib
ÇL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB
"Qarabağ" tarix yazdı - Pley-offdayıq! - YENİLƏNİB
“Liverpul” - “Qarabağ”: START HEYƏTLƏR
Marko Yankoviç: “Liverpul”a qarşı oynamaq bizim üçün şərəfdir”