İran şahının böyük oğlu Rza Pəhləvi İran rejiminə və İnqilab Keşikçiləri Korpusuna qarşı beynəlxalq yardım istəyib.
Publika.az xəbər verir ki, Pəhləvi "Jerusalem Post" qəzetinə müsahibəsində İran xalqının əvvəllər dəfələrlə etdiyindən daha cəsarətli şəkildə küçələrə çıxdığını bildirib.
O, İran rejiminin xalqa qarşı zorakılığa əl atdığını söyləyib: "İndi beynəlxalq ictimaiyyətin onlara kömək etməsinin vaxtıdır. İran cəmiyyəti öz gələcəyinə qərar verməlidir".
Pəhləvi, İran xalqına rejimi devirməyə kömək etməyin bütün dünya üçün strateji fayda verəcəyini və etirazçıların dünyanı rejimdən xilas etmək üçün mübarizə apardığını iddia edib.