AZ

Financial Times: “Kubanın işləri pisdir”

AzVision.az xəbər verir ki, “Kpler” informasiya platformasının məlumatlarına istinad edən Böyük Britaniyanın “Financial Times (FT)” nəşri belə məlumat yayıb.

“İlin əvvəlindən Kubaya neft tədarükü cəmi 84,9 min barrel təşkil edib. Bu, 2025-ci ildə gündəlik orta hesabla 37 min barellə müqayisədə təqribən 3 min barrelə bərabərdir. Hazırda Kubanın neft ehtiyatları təxminən 460 min barrel təşkil edir”, - xəbərdə deyilir.

Bundan əvvəl KİV-lər Venesuelanın yeni rəhbərliyinin Kubaya neft tədarükünü dayandıracağı barədə Vaşinqtona söz verdiyini yazmışdılar. Meksikanın da adaya neft tədarükünü dayandırdığı bildirilir.

Bu xəbəri dolayısı ilə təsdiqləyən Meksika prezidenti Klaudiya Şeynbaum Kubaya neft nəqlinin dayandırılmasının xarici təzyiqin nəticəsi yox, rəsmi Mexikonun suveren qərarı olduğunu iddia edib.

- Əgər tədarüklər bərpa olunmasa, Kuba çox güman ki, elektrik enerjisinə ciddi məhdudiyyət tətbiq etmək məcburiyyətində qalacaq. Artıq ölkədə müntəzəm olaraq elektrik enerjisinin verilişində fasilələr yaşanır”, - qəzet yazır.

“FT” həmçinin Rusiya və Əlcəzairdən Kubaya neft tədarükünün həddindən artıq qeyri-müntəzəm olduğuna da diqqət çəkir. Nəşrin məlumatına görə, Rusiya neftinin adaya son tədarükü 2025-ci ilin oktyabrına, Əlcəzairdən isə təxminən bir il əvvələ təsadüf edib.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
16
1
azvision.az

2Mənbələr