AZ

Xameneinin oğlu neft pulları ilə necə imperiya qurub?

İranın Ali dini rəhbəri Seyid Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei ölkədəki iqtisadi böhran və etirazlara baxmayaraq, beynəlxalq əmlak şəbəkəsi qurub.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatı yayıb.

Bildirilib ki, Müctəba Londonda, Dubayda və bir sıra Avropa ölkələrində malikanələr, villalar və milyonlarla funt dəyərində daşınmaz əmlaka sahibdir. Şəbəkə əsasən Britaniya tərəfindən sanksiya tətbiq edilmiş iranlı bankir Əli Ənsari vasitəsilə yaradılıb.

Məlumata görə, Müctəba İran daxilində və xaricdə müxtəlif təşkilatlarda əhəmiyyətli paya malikdir və faktiki olaraq nəzarət edir, Əli Ənsari isə onun hesablarının rəsmi sahibi kimi çıxış edir.

Qeyd olunub ki, xarici investisiyalar üçün vəsait İran neftinin satışından əldə edilib, ancaq Müctəba rəsmi olaraq bu aktivləri öz adına qeydiyyatdan keçirməkdən yayınır. O, İranın siyasi sistemində əsas rol oynayır, SEPAH ilə sıx əlaqələrə malikdir və Xameneinin potensial varisi kimi qəbul edilir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
25
1
missiya.az

2Mənbələr