Rusiyada bir yeniyetmə həmyaşıdını güllələdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az Qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İstintaq Komitəsi məlumat verib.
Bildirilib ki, iki yeniyetmə arasında yaranan mübahisə zamanı biri silahla atəş açaraq digərinin qulağını yaralayıb. Zərərçəkənə tibbi yardım göstərilib.
Atəş açan şəxsə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və o həbs edilib.