AZ

İran Ermənistandan inciyib

Son həftələrdə Ermənistanda yaşayan az sayda iranlı və Türkiyədən qovularaq İrəvana üz tutan bir qrup İran vətəndaşı ölkədə baş verən etirazlardan sonra dəfələrlə İrəvandakı İran səfirliyinin qarşısında qanunsuz aksiyalar keçirib, İran İslam Respublikasına və onun rəsmilərinə qarşı hörmətsizlik edib.

Bu barədə İranın yarım-rəsmi “Mehr” xəbər agentliyi yazıb.

Məqalədə bildirilir ki, aksiyalar zamanı İranın ali rəhbəri təhqir olunub və Tehran buna laqeyd qalmayacaq.

“Mehr” Ermənistan hakimiyyətini bu cür hallara qarşı ciddi tədbirlər görməyə çağıraraq xəbərdarlıq edib:

“Əgər oxşar aksiya ABŞ-nin İrəvandakı səfirliyi qarşısında keçirilsəydi, Ermənistan hakimiyyəti buna icazə verməzdi.”

Agentlik həmçinin Ermənistanın “ikinci Ukrayna”ya çevrilə biləcəyi ilə hədələyib və İrəvanı üçüncü ölkələrin “nadinc məsləhətlərinə” uymamağa çağırıb.

“Əks halda, İrəvan əsl dostlarından birini incidəcək və onu özündən uzaqlaşdıracaq.”

Mənbə: Təbriz-Turan teleqram kanalı

Seçilən
15
1
konkret.az

2Mənbələr