AZ

Xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov bu ölkənin Mədəniyyət Nazirliyi tərəfindən təltif olunublar

Xalq

Xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən təltif olunublar.Ulusum.az xəbər verir ki “Yeni Özbəkistan Ulduzları” milli mükafatı paytaxtda keçirildi.28 yanvar 2026-cı il tarixində paytaxtda mədəniyyət və incəsənət sahəsində ən nüfuzlu tədbirlərdən biri – “Yeni Özbəkistan Ulduzları” milli mükafatı keçirilib. Bu il dördüncü dəfə təşkil olunan tədbir beynəlxalq miqyas alaraq yeni nominasiyalarla təqdim olunub.İlk dəfə olaraq “İlin xaricdə Özbəkistan mədəniyyətinin ən yaxşı təbliğatçısı” nominasiyası təsis edilib. Bu kateqoriya üzrə qalib Qazaxıstandan Arman Nurmaxamatuli olub.Mərasimdə bir sıra xarici sənətçilərə, o cümlədən Azərbaycanın Xalq artistləri Mənsum İbrahimov və Gülyanaq Məmmədova da daxil olmaqla, Özbəkistan mədəniyyətinin beynəlxalq təbliğinə verdikləri töhfəyə görə xüsusi döş nişanları təqdim edilib.Tədbirdə 20 nominasiyada qaliblər mükafatlandırılıb və onlar heykəlcik, sertifikat və pul mükafatı ilə təltif olunublar. Mərasim paytaxtdakı Renessans Zalında baş tutub və ZO'R TV vasitəsilə canlı yayımlanıb.XalqR.Daşdəmirova

Diqqət Çəkənlər

Gəncədə 2025-ci ilin sosial-iqtisadi inkişafına dair hesabat yığıncağı keçirilib

Palma yağı hansı hallarda ziyanlıdır? – AQTA-dan açıqlama

Ət qiymətləri ilə bağlı ŞAD XƏBƏR

Seçilən
21
ulusum.az

1Mənbələr