AZ

Dəhşətli qəza: 12 aktyor HƏLAK OLDU

14:38 29.01.2026
14:38 29.01.2026

Myanmada avtobusun dərin dərəyə düşməsi nəticəsində azı 12 nəfər ölüb.

Mynews.az xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məumat yayıb.

Məlumata əsasən, hadisə çərşənbə axşamı ölkənin Maqvey bölgəsində baş verib. Təxminən 27 nəfərdən ibarət teatr truppasının üzvlərini daşıyan avtobus hərəkətdə olarkən idarəetmədən çıxaraq dərin dərəyə aşıb.

Qəza nəticəsində azı 12 teatr artisti həyatını itirib. Digər sərnişinlərin vəziyyəti və xəsarət alanların sayı barədə hələlik rəsmi məlumat verilməyib.


Seçilən
0
3
mynews.az

5Mənbələr