AZ

Pezeşkiana çağırış: Türkiyənin vasitəçiliyini qəbul edin

İranlı siyasi analitik Əhməd Zeydabadi prezident Məsud Pezeşkiana müraciətlə Türkiyədə ABŞ ilə danışıqları rədd etməməyi tövsiyə edib.

"Yeni Sabah" xəbər verir ki, bundan əvvəl "Hürriyet" qəzeti Ərdoğanın İran və ABŞ arasında vasitəçiliyi ilə bağlı məlumat yayıb.

"Xahiş edirəm, İran və ABŞ arasında Türkiyənin vasitəçiliyi üçün fürsət verilərsə, cəsarətli olun və onu rədd etməyin", - Əhməd Zeydabadi "Telegram" kanalında yazıb:

"Cənab Pezdikian! İdarəetmə məsələlərində ölümə hazır olmaq və şərəfini qorumaq cəsarət deyil! Bu sahədə cəsarət ölkəni şərəfsizlik və minlərlə təhqir eşitmək bahasına qorumaqdır! Xahiş edirəm ki, belə bir vasitəçilik və görüş üçün fürsət verilərsə, cəsarətli olun və onu rədd etməyin!"


Telegram kanalımız
Seçilən
18
yenisabah.az

1Mənbələr