AZ

Rusiya ilə Ukrayna arasında NÖVBƏTİ cəsəd mübadiləsi - FOTO

Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin cəsədlərinin növbəti mübadiləsi baş tutub.

Bizim.Media bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev RBC.ru nəşrinə müsahibəsində məlumat verib.

"Rusiya Ukraynaya 1 000 həlak olmuş hərbçinin, Ukrayna tərəfi isə öz növbəsində 38 rus hərbçisinin cəsədini təhvil verib", - deyə parlamentari bildirib.

Xatırladaq ki, əvvəlki oxşar prosedur ötən il noyabrın 20-də baş tutmuşdu. O zaman tərəflər çox sayda cəsədin qalıqlarını mübadilə etmişdilər. Bu məsələ ilə bağlı ilkin razılaşmalar İstanbulda əldə edilib.



Bizim.Media

Seçilən
11
2
bizim.media

3Mənbələr