AZ

Yeni qərar verildi: Bakıdan Sumqayıta taksi qiyməti 50 manatdan baha oldu

Bakı-Sumqayıt şəhərləri arasında taksi qiymətlərində son bir neçə gündə artım müşahidə olunur.

Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, günün pik saatlarında birtərəfli gedişhaqqı bəzi hallarda 50 manatı ötür. Bu isə sərnişinlər arasında ciddi narazılığa səbəb olub.

Sərnişinlərin sözlərinə görə, əvvəllər məsafədən asılı olaraq 9-20 manat aralığında başa gələn bu yol indi ən yaxşı halda 18-30 manata yüksəlir.

Taksi sürücüləri isə qiymət artımına səbəb kimi qanunda edilən dəyişikliyi əsas gətirərək, bildirirlər ki, yeni qaydalara əsasən, Bakı və ya Sumqayıtda qeydiyyatda olan taksilər getdikləri şəhərdə fəaliyyət göstərə bilmir. Yəni sürücü sərnişini digər şəhərə çatdırdıqdan sonra sifariş qəbul etmək imkanını itirir və sistemdən çıxarılır. Nəticədə sürücülər geri dönüşü boş etdiklərinə görə bu marşrut üzrə qiymətlər taksi şirkətləri tərəfindən artırılıb:

"Biz əraziyə çatdıqda, sistem avtomatik bağlanır, məcbur olaraq, ərazidə kənar çıxıb ya bir müddət gözləməliyik, ya da geriyə boş maşınla dönməliyik. Bu isə sürüclərə sərf etmir. Ona görə də bir çox halda sərnişin götürməkdən imtina edirik".

Seçilən
4
publika.az

1Mənbələr