AZ

Bakı yolları sıxılır : Ensiz zolaqlar nəyə xidmət edir...

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda yolların təmiri - nişanlanma xətlərinin yenidən çəkilməsi, nəqliyyat vasitələri üçün zolaqların salınması hərəkət zolaqlarının daralması ilə müşahidə edilir.Nişanlanma xətləri və yaranmış yol quruluşları ilə bağlı minik avtomobilləri sürücülərinin narazılıqları çoxdur.AYNA-dan bildirilib ki, yol zolaqlarının eni mövcud norma və qaydaların tələblərinə, eləcə də beynəlxalq şəhərsalma və yol təhlükəsizliyi təcrübəsinə əsaslanaraq müəyyən edilir:“Xüsusilə, sıx şəhər mühitində zolaqların optimal eninin seçilməsi sürət rejiminin tənzimlənməsi, sürücülərin diqqətinin artırılması və ümumi yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi məqsədi daşıyır.Beynəlxalq təcrübədə yol zolaqlarının həddən artıq geniş olması sürət artımına, qəza riskinin yüksəlməsinə səbəb olan amillərdən biri hesab edilir. Daraldılmış, lakin normativ tələblərə cavab verən zolaqlar ani manevrlərin və nəzarətsiz sürətlənmənin qarşısını alır.Yol zolaqlarının daraldılmasının təsiri orta və uzunmüddətli müşahidələr nəticəsində müəyən edilir. Beynəlxalq praktikada bu cür dəyişikliklərdən sonra ağır nəticəli yol-nəqliyyat hadisələrinin azalması, xüsusilə piyada və velosipedçilərin iştirakı ilə baş verən qəzaların riskinin aşağı düşməsi müşahidə edilir. Qəza statistikasına yalnız zolaq eni deyil, hərəkət intensivliyi, sürət rejimi, nəqliyyat tərkibi, parklanmanın vəziyyəti və sürücülərin davranışı kimi bir sıra amillər səbəb ola bilər”.AYNA rəsmisi əlavə edib ki, hazırda konkret sahələr üzrə qəza statistikalarının toplanması, təhlili və dinamik qiymətləndirilməsi aidiyyəti dövlət qurumları tərəfindən aparılır:“Bu göstəricilər əsasında zərurət yarandığı təqdirdə əlavə təşkilati və inzibati qərarların qəbul edilməsi mümkündür”.Bakının yol infrastrukturu haqda saytımıza danışan AzMİU-nun "Nəqliyyat" fakültəsinin baş müəllimi Bulud  Bağırov bildirib ki, Bakı küçələrində aparılan son təmir və yenidənqurma işləri çərçivəsində bəzi ərazilərdə hərəkət zolaqlarının eni azaldılıb:“Bu dəyişikliklər, ilk növbədə, yol hərəkəti təhlükəsizliyinin artırılması, sürət rejiminə nəzarətin gücləndirilməsi və piyada, həmçinin digər yol istifadəçilərinin rahatlığının təmin olunması məqsədi daşıyır və çox aktual müşahidədir.Yollarda eni azaldılmış hərəkət zolaqları həm mühəndislik, həm də təhlükəsizlik baxımından məqsədli tədbir ola bilər, amma bu zaman sürücü narazılıqları da tez-tez meydana çıxır. Bunun səbəblərinə gəldikdə isə, ilk növbədə hərəkət sürətini azaltmaq məqsədilə, dar zolaqlar sürücüləri daha ehtiyatlı olmağa məcbur edir, bu da qəza riskini azaldır.Piyada və velosipedlər üçün yer ayırmaq səbəbindən təmir zamanı bəzi zolaqların hesabına səkilər və ya velosiped zolaqları genişləndirilə bilər”.O qeyd edib ki, yolun drenaj və ya bordür xətti üzrə yenidən qurulması məqsədilə texniki baxımdan, yağış sularının axıdılması və bordürlərin möhkəmləndirilməsi üçün yol konturları dəyişdirilə bilər:“Təmir sonrası eninə daralma bir neçə səbəbdən narahatlıq yarada bilər: Sürücülər əvvəlki genişliyə öyrəşiblər, indi isə vizual olaraq yol “sıxılmış” görünür. Xüsusilə iri nəqliyyat vasitələri üçün zolaq dəyişmək və dönmək çətinləşir. Dar zolaqlar sürücülərdə narahatlıq və təhlükə hissi yaradır, bu da yol stresini artırır. Təmir sonrası yol kənarına parklanma icazəsi qalırsa, hərəkət hissəsi daha da daralır. Təmir zamanı, yeni bordürlər və ya səki xətləri açıq və kəskin görünür, buna görə daralma daha nəzərə çarpır; Asfalt örtüyünün hamar olması və yeni nişanlanma sürücünün vizual təəssüratını dəyişir — əvvəlki “boşluq” hissi itir. Əgər yol nişanlanması və ya markirovkası düzgün qurulmayıbsa, bu, daralmanı artıq dərəcədə hiss etdirir.Əgər daralma mühəndislik baxımından məqsədli deyilsə, yəni yol nişanlanması düzgün tənzimlənməyibsə, bu, texniki səhv ola bilər. Amma məqsədli daraldılma halında, bələdiyyə və ya yol idarəsi sürücü maarifləndirilməsi və vizual xəbərdarlıqlar tətbiq etməlidir”./modern.az

 

Oxunub 90

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
avtosfer.az

1Mənbələr