AZ

"AmCham" "Green Key" proqramının Azərbaycan hotellərinin təsnifatı sisteminə inteqrasiyasını tövsiyə edir

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) beynəlxalqdayanıqlı inkişaf sertifikatı olan “Green Key” proqramının millihotellərin təsnifat sisteminə daxil edilməsini tövsiyə edir.

Trend bu barədəpalatanın hesabatına istinadən xəbər verir.

“White Paper” adlı sənəddə qeyd olunur ki, bu addım mehmanxanasektorunda dayanıqlı inkişaf təşəbbüslərinin təşviqinə töhfəverəcək və Azərbaycanın ekoloji təmiz turizm istiqaməti kimimövqeyini möhkəmləndirəcək.

“Green Key” sertifikatının yerli hotel təsnifat sisteminəinteqrasiyası tövsiyə olunur. Bu, sənayedə dayanıqlılıqtəşəbbüslərini təşviq edəcək və ölkəni ekoloji cəhətdən təmizturizm istiqaməti kimi mövqeləndirəcək. Keçid dövrü ərzində tətbiqprosesi mərhələli şəkildə həyata keçirilə bilər və hotellərəsertifikat tələblərinə uyğunlaşmaq üçün dəstək göstərilə bilər”,-deyə hesabatda bildiirlir.

Hesabatda vurğulanır ki, hazırda hoellərdə istifadə edilənOS&E (əməliyyat təchizatları və avadanlıqları) və FF&E(mebel, interyer və avadanlıqlar) gömrük rüsumlarına tabedir, bu dahotel sahiblərinin maliyyə yükünü artırır.

"AmCham" OS&E və FF&E mallarının gömrük rüsumlarındanazad edilməsini tövsiyyə edir. Qeyd edilir ki, bu, hotel sektorununinkişafına dəstək olacaq və beynəlxalq investorları ölkənin turizmsektoruna cəlb edəcək.

Bundan əlavə, otel sənayesinə investisiyalarınstimullaşdırılması məqsədilə "AmCham" daşınmaz əmlak vergisininazaldılmasını və yeni tikilən və ya əsaslı təmir edilən obyektlərüçün tam vergi azadolmalarının tətbiqini təklif edir.

"Bu tədbir otel xidmətlərinin keyfiyyətini artıracaq vəbeynəlxalq bazarda rəqabət qabiliyyətini yüksəldəcək" – deyəhesabatda qeyd olunur.

Hesabatda eyni zamanda əsas turizm bazarları üçün vizagüzəştləri və ya sadələşdirilmiş prosedurların tətbiq edilməsitövsiyə olunur. Qeyd olunur ki, bu addım turist axınını artıracaq,otellərin doluluq səviyyəsini yüksəldəcək və ölkənin aparıcı turizmməkanı kimi mövqeyini gücləndirəcək.

"AmCham" "Formula 1" və digər iri miqyaslı tədbirlərinkeçirilməsinə xüsusi diqqət ayırır. Hesabatda qeyd olunur:

""Formula 1" yarışı turizm və beynəlxalq tanıtım baxımındanböyük uğur qazandırıb. Lakin mövcud müqavilənin məhdud müddəti butədbirin davamlılığına risk yaradır. "Formula 1" yarışlarınınölkədə keçirilmə müddətinin uzadılması və bu tip digər iritədbirlərin cəlb edilməsi tövsiyə olunur. Bu, ölkənin beynəlxalqtədbir məkanı kimi mövqeyini gücləndirəcək və turizm sektorunauzunmüddətli fayda gətirəcək"

"AmCham"ın digər əsas tövsiyəsi Milli Turizm Təbliğat Fonduyaradılmasıdır. Belə bir fond ölkə üzrə bütün otel vərestoranlardan cüzi faiz əsaslı ödəniş toplanaraqmaliyyələşdirəcək. Toplanan vəsait isə xarici bazarlarda aparılacaqbeynəlxalq turizm tanıtım kampaniyalarına yönəldiləcək.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr