Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynanın təhlükəsizlik zəmanətləri müqabilində ərazi güzəştlərinə gedə biləcəyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Əgər ukraynalılar çox sərt güzəştlərə gedərlərsə, bunu Ukraynanın qalan hissəsi üçün sülh naminə edəcəklər", - deyə Kallas vurğulayıb.
Onun sözlərinə görə, bu halda Ukrayna üçün davamlı sülh təmin edilməlidir. O əlavə edib ki, ABŞ bunu nəzərə almalıdır.
Xatırladaq ki, yanvarın 23-də ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenskinin razılığa gəlməyə sadiq olduqlarını bildirib.