AZ

Paytaxtın əsas prospektlərindən birində hərəkət sxemi dəyişir (FOTO)

Bakı.Trend:

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”çərçivəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq növbəti layihəicra edilir.Belə ki, proqramda paytaxtın şimal girişi sayılan vəböyük önəm kəsb edən həm Tbilisi, həm də Moskva prospektləri üzrəbir neçə ərazidə işlərin icrası nəzərdə tutulub.

Trend xəbərverir kİ, bu barədə AYNA məlumat yayıb.

Bildirilir ki, artıq “Şamaxinka” adlanan ərazidə və Tbilisiprospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində layihələricra olunur.

Növbəti mərhələdə Tbilisi prospektinin daha bir problemlihissəsində “Rəqəmsal əkiz” vasitəsilə təhlillər aparılıb və həllərtəklif olunub. Prospektin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələriilə kəsişməsində mövcud hərəkətin təşkilindəki bəzi çatışmazlıqlargünün pik saatlarında ciddi sıxlığa səbəb olur. Xüsusilə, icraedilən sola dönmə manevrləri arxadan gələn nəqliyyat axınlarınıləngidir, hərəkətin ritmini pozur və qəza risklərini artırır. Eynizamanda, burada piyada hərəkətinin təhlükəsizliyi və rahatlığı tamtəmin olunmur.

Bu problemlərin köklü həlli məqsədilə həmin ərazidə yolinfrastrukturunda dəyişikliklər icra ediləcək. Belə ki, sola dönənnəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş, xüsusi "cib"tipli zolaqlar təşkil olunacaq. Bu yanaşma sayəsində dönməəməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkətedən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarınadavam edə biləcəklər.

Bundan əlavə, Tbilisi prospekti və Həsən Əliyev küçəsininkəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınlarınqeyri-bərabərliyi nəzərə alınaraq, burada nizamlanmayan prioritetlihərəkət qaydası ləğv edilir. Əvəzində kəsişmədəki münaqişəlinöqtələri minimuma endirmək və hərəkət növbəliliyini təmin etməküçün yeni işıqforlar quraşdırılacaq. Bu, kəsişmənin buraxıcılıqqabiliyyətini artırmaqla yanaşı, təhlükəsizliyi də maksimumsəviyyəyə çatdıracaq.

Paralel olaraq, piyadaların rahatlığı və əlçatanlığı üçünnizamlanan piyada keçidləri təşkil olunacaq və səkiləryenilənəcək.

Həyata keçirilən bu kompleks tədbirlər sözügedən yol qovşağındaqarışıqlığı aradan qaldıracaq, yol hərəkətinin təhlükəsizliyinə vəşəhər mobilliyinin keyfiyyətinin artırılmasına xidmət edəcək.

Layihə barədə videoçarxda tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=LQvFvBRKxnA

Paytaxtın
Məqalədə:
Seçilən
14
14
az.trend.az

10Mənbələr