Bakı. Trend:
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) öz hesabatındaAzərbaycanın iqtisadi sabitliyi və cəmiyyətin rifahı naminə ölkəninəsas dövlət şirkətlərini, xüsusilə “Azərişıq”, “Azərsu” və“Azərenerji” ASC-nin biznesin davamlılığı planları (BDP) tətbiqetmələrini tövsiyə edir.
Trend bu barədə palatanın hesabatına istinadənxəbər verir.
“Əsas dövlət şirkətləri üçün biznesin davamlılığı planları (BDP)Azərbaycanın iqtisadi sabitliyi və cəmiyyətin rifahı ölkənin əsasdövlət şirkətlərinin, xüsusilə “Azərişıq”, “Azərsu” və “Azərenerji”ASC-lərin fasiləsiz fəaliyyətindən asılıdır. Bu qurumlar ölkəninkritik infrastrukturunun əsas dayağını təşkil edir və gündəlikhəyatın, sənaye fəaliyyətinin və ictimai təhlükəsizliyindavamlılığını təmin edən elektrik enerjisi, su və enerjitəchizatını həyata keçirirlər”,- AmCham ekspertləri qeydedirlər.
Hesabatda vurğulanır ki, əsas dövlət şirkətləri üçün BDP-lərintətbiqi sadəcə inzibati islahat deyil, milli təhlükəsizlik vəiqtisadi sabitlik üçün strateji müdafiə tədbiridir.
“BDP-lər zəruri xidmətlərin fasiləsizliyini, vətəndaşlarınmüdafiəsini və iqtisadiyyatın zərbələrə qarşı dayanıqlığını təminedəcəkdir”,-deyə sənəddə qeyd olunur.
Hesabata əsasən, Azərbaycan hökumətinə aidiyyəti nazirliklər vətənzimləyici qurumlarla birlikdə aşağıdakı tədbirləri görməktövsiyə olunur.
- Əsas dövlət şirkətləri (məsələn, “Azərişıq”, “Azərsu”,“Azərenerji”) üçün BDP-lərin hazırlanması, tətbiqi və davamlışəkildə saxlanılması qanunvericiliklə məcburi tələbə çevrilsin.
- Beynəlxalq standartlara (məsələn, ISO 22301) uyğun olaraqəhəmiyyətli xidmətlər üçün vahid BDP çərçivəsi hazırlanıb dərcedilsin
-Kritik funksiyalar üzrə risk qiymətləndirmələri və ssenariəsaslı davamlılıq planlaşdırması məcburi qaydada həyatakeçirilsin;
- BDP-lərin hazırlıq vəziyyətinə nəzarət üçün milli nəzarətorqanı və ya nazirliklərarası koordinasiya platforması yaradılsın;müntəzəm BDP testləri və simulyasiya təlimləri keçirilsin,nəticələrin sektor tənzimləyicilərinə və ya Nazirlər Kabinetinəhesabatlılığı təmin olunsun;
-Dövlət–özəl tərəfdaşlıqları çərçivəsində bilik və texnikipotensial mübadiləsi təşviq edilsin;
- BDP sistemi güclü olan dövlət şirkətləri üçün təşviqmexanizmləri (məsələn, satınalma üstünlükləri, vergi güzəştləri)tətbiq olunsun;
AmCham sənəddə göstərib ki, əsas dövlət şirkətləri üçünBDP-lərin tətbiqi və əməliyyatlaşdırılması, Azərbaycanın risklərəqarşı dayanıqlığını artıracaq, əsas xidmətlərin fasiləsizliyinitəmin edəcək və dövlət sektorunun davamlılıq üzrə idarəçiliyinibeynəlxalq təcrübələrlə uyğunlaşdıracaqdır.