AZ

"AmCham": Özəl investisiya cəlb etmək üçün yeni təşkilati-hüquqi forma olmalıdır

Azərbaycanda yerli startaplara özəl investisiyaların edilməsini dəstəkləmək üçün yeni ixtisaslaşmış təşkilati-hüquqi forma yaradılmalıdır.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.

Sənədə əsasən, hazırda Azərbaycan korporativ qanunvericiliyi yerli startaplara özəl investisiyaların (vençur kapitalı, özəl kapital və mələk investorlar ("angel investor") cəlb edilməsini dəstəkləmək üçün tələb olunan mexanizmləri təmin etmir: "Mülki Məcəllə ilə tanınan hüquqi şəxs formaları, əsasən MMC və QSC ənənəvi, statik biznes modelləri üçün nəzərdə tutulub. Bu strukturlar sürətli artım, bir neçə mərhələli İnnovasiyalar və rəqəmsal iqtisadiyyat investisiya raundları və çevik kapital idarəçiliyi tələb edən müasir startap modeli ilə fundamental şəkildə uyğun gəlmir. Bu hüquqi məhdudiyyətlər yerli startapları investisiyaların rəsmiləşdirilməsi üçün xarici yurisdiksiyalarda qeydiyyata keçməyə məcbur edir və nəticədə, Azərbaycanda daxili vençur kapital bazarının formalaşmasına mane olur.

Mövcud vəziyyəti dəyişmək məqsədilə yüksək artım potensialına malik şirkətlər üçün investisiya cəlbinə uyğun, səmərəli hüquqi baza təmin edən yeni ixtisaslaşmış təşkilati-hüquqi formanının yaradılmasını (və ya səhmdar cəmiyyətlərinə dair tənzimləmələrin əsaslı şəkildə təkmilləşdirilməsini) təklif edirik.

Effektiv fəaliyyət göstərə bilməsi üçün bu qurum mövcud təşkilati-hüquqi çərçivələrdən hüquqi baxımdan fərqli olmalı və aşağıdakı əsas xüsusiyyətləri özündə ehtiva etməlidir:

- Hüquqi şəxsin nizamnaməsində böyük həcmdə səhm ehtiyatı yaratmaq hüququ ("authorized shares" prinsipi).

- İqtisadi, səsvermə və müdafiə hüquqları fərqli olan bir neçə sinif səhm yaratmaq və buraxmaq hüququ ("preferred shares", "common shares" və s.).

- QSC və ASC-lərdə olduğu kimi ağır məcburi açıqlama tələblərindən imtina edilməsi və investor hüquqlarının müqavilə əsaslı korporativ idarəetmə vasitəsilə tənzimlənməsi".

Seçilən
48
far.az

1Mənbələr