AZ

Trubin ÇL tarixində qol vuran neçənci qapıçıdır?

“Benfika”nın qapıçısı Anatoli Trubin Çempionlar Liqası tarixində yalnız dörd qapıçının nail ola bildiyi göstəricini təkrarlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Trubin UEFA Çempionlar Liqasında qol vuran beşinci qapıçı olub. Ondan əvvəl bu nailiyyətə Hans-Yörq Butt (üç qol), Sinan Bolat, Vinsent Enyeama və İvan Provedel (hər biri bir qol) imza atıb.

Xatırladaq ki, Trubin daha əvvəl Çempionlar Liqasının ümumi mərhələsinin son turu çərçivəsində “Real”ın qapısına 90+8-ci dəqiqədə qol vurub. Standart vəziyyətdən sonra qeydə alınan bu qol (4:2) “qartallar”a turniri pley-off zonasına vəsiqə verən 24-cü pillədə başa vurmağa imkan verib.

Seçilən
42
publika.az

1Mənbələr