AZ

Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR

29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 02.02.2026-cı il tarixində başlayıb, 11.02.2026-cı il tarixinədək davam edəcəkdir.

AZ2013020808 İSİN kodlu istiqrazların yerləşdirilməsi 12 fevral 2026-cı il tarixində həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "KƏPƏZ BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2013020808

İstiqrazların növü və forması:  Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı: 10 000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 1 000 000 manat

İllik gəlirlilik faizi:  15%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.

Tədavül müddəti: 24 ay

Ticarətə buraxılma tarixi:  12.02.2026

Anderrayter:   “Troni İnvestisiya Şirkəti” QSC

KƏPƏZ BOKT MMC istiqraz 1 000 000 manat BFB Bakı Fond Birjası Listinq Komitəsi Ticarətə İcazə AZ2013020808 faizli təmin edilməmiş sənədsiz adlı istiqraz kütləvi abunə yazılışı 10 000 ədəd ilkin qiymət 100 manat illik gəlirlilik 15% ödəniş periodu hər ay tədavül müddəti 24 ay ticarətə buraxılma 12.02.2026 Troni İnvestisiya Şirkəti emissiya prospekti.
Seçilən
23
2
marja.az

6Mənbələr