Bakı. Trend:
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) AzərbaycandaSənaye üzrə Milli Rəqəmsal Əkiz və Simulyasiya Proqramın işəsalınmasını tövsiyə edir.
Trend bu barədəAmCham-a istinadən xəbər verir.
Qeyd olunur ki, Azərbaycanın neft-qaz, nəqliyyat, kommunal vəşəhər infrastrukturu sahələri hələ də fiziki baxışlara, reaktivtəmirə və statik planlaşdırma modellərinə əsaslanır. Bu isə, yüksəkxərc yaradan dayanmalara, təhlükəsizlik risklərinə və məhdudsituativ məlumatlılığa səbəb olur.
“Dünyada “rəqəmsal əkiz” və metaverse əsaslı sənayesimulyasiyaları aktivlərin idarə olunmasını və kadr hazırlığınıköklü şəkildə dəyişir. Lakin Azərbaycanda bu sahədə rəqəmsalmodelləşdirmə bacarıqları, 3D məlumat infrastrukturu və investisiyagəlirliliyini (ROI) nümayiş etdirən strateji pilot layihələrçatışmır”,- hesabatda bildirilir.
Hesabata əsasən, Sənaye üzrə Milli Rəqəmsal Əkiz və SimulyasiyaProqram işə salınmalıdır.
“İlkin pilot layihələr neft-qaz hasilatı sahələri, liman və borukəmərləri infrastrukturu, su və elektrik şəbəkələri, ağıllıkommunal xidmət sistemləri, ağıllı şəhər planlaşdırılması kimiyüksək təsirli sahələrdə həyata keçirilməlidir”,- hesabatda qeydolunur
Həmçinin ilkin pilot layihələr üçün aparıcı texnologiyaşirkətləri ilə əməkdaşlığın qurulmasının vacibliyi vurğulanır.
“Sənaye məlumat modelləşdirməsi və 3D simulyasiya üzrə millistandartlar hazırlanmalıdır. Texniki universitetlərdə rəqəmsal əkizlaboratoriyası yaradılmalı, həmçinin mühəndis və planlaşdırıcılarıntəlimi təmin edilməlidir. Bununla yanaşı, infrastruktur layihələriüzrə dövlət tenderlərinə rəqəmsal əkiz tələbləri daxiledilməlidir”, - AmCham-ın hesabatında bildirilir.