İranın xarici işlər naziri Abbas Əraqçi sabah Türkiyəyə rəsmi səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Türkiyə ilə İran arasındakı münasibətlər, regional təhlükəsizlik, sabitlik və rifah məsələləri müzakirə olunacaq.
Görüşlərdə həmçinin iki ölkə arasında ticarət həcminin 30 milyard dollara çatdırılması məqsədinə uyğun olaraq qarşılıqlı səylərin artırılmasının vacibliyi vurğulanacaq.