Məşhur müğənni Yıldız Tilbe azərbaycanlı həmkarı Vəfat Şərifovanın duet təklifini geri çevirib.
Far.Az xəbər verir ki, bu barədə "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu bildirib.
O qeyd edib ki, Yıldız Tilbe, bu xəbəri mətbuata açıqladığı üçün Vəfaya əsəbiləşib.
Bu səbəbdən 100 000 dollarlıq (təxminən 170 000 AZN-lik) təklifi geri çevirib.
Qeyd edək ki, Vəfa 22 gün əvvəl elə "Rəngarəng" verilişində Yıldız Tilbe ilə duet oxuyacağını açıqlamışdı.
Sənətçi buna görə lüks avtomobilini də satışa çıxarmışdı.