AZ

AmCham Azərbaycanda kvant texnologiyaları üzrə milli yol xəritəsinin hazırlanmasını təklif edib

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ölkədə kvanttexnologiyalaır üzrə milli yol xəritəsinin hazırlanmasını təklifedib.

Trend bu barədəAmCham-a istinadən məlumat verir.

Qeyd olunur ki, kvant texnologiyaları kriptoqrafiya,materialşünaslıq, farmasiya, maliyyə vəlogistika kimi sahələriyenidən formalaşdıracaq.

Bu sahədə lider olan ölkələr kibertəhlükəsizlik, iqtisadiinnovasiya və müdafiə sahəsində misilsiz üstünlüklər əldəedəcəklər.

“Lakin Azərbaycanda hələ ki, milli yol xəritəsi, xüsusi kvanttədqiqat institutları və ya müvafiq ixtisaslaşmış kadr potensialımövcud deyil”,- hesabatda bildirilir.

AmCham bununla bağlı aşağıdakı tövsiyələrini təqdim edib:

Növbəti 10-15 il üçün tədqiqat, təhsil və sənaye tətbiqləriniəhatə edən Milli Kvant Texnologiyaları Yol Xəritəsi hazırlanıbtəsdiqlənməlidir. Kvant hesablama, kvant rabitəsi və post-kvantkriptoqrafiya üzrə ixtisaslaşmış milli tədqiqat və innovasiyainstitutu yaradılmalıdır. BDU, ADA və digər universitetlərin tədrisproqramlarına kvant fizikası, kvant alqoritmləri vəkvant-təhlükəsiz kriptoqrafiya modulları daxil edilməlidir. NISTstandartlarına uyğun post-kvant kriptoqrafiyanın dövlət və bankinfrastrukturunda mərhələli tətbiqi başlamalıdır.

Bununla yanaşı, kvant alqoritmləri, simulyasiyalar və sənayetətbiqləri üçün innovasiya və tənzimləyici sandbox yaradılmalı,Azərbaycanın regional və qlobal kvant əməkdaşlıq platformalarındaiştirakı təmin edilməlidir

Məqalədə:
Seçilən
76
az.trend.az

1Mənbələr