Qrenlandiyanın paytaxtı Nuukda ABŞ bayrağını qaldırmağa cəhd edilib.
Publika.az xəbər verir ki, bu barədə Danimarkanın TV2 televiziya kanalı məlumat yayıb. Hadisə mədəniyyət mərkəzinin yaxınlığında baş verib.
Hüquq-mühafizə orqanları bildirib ki, hadisə yerində olan insanlar həmin şəxsi görüb və ona bayrağı qaldırmağa imkan verməyiblər.
Hadisə ilə bağlı araşdırma başlanıb.