AZ

Məktəblilər üçün xüsusi qidalanma menyusu hazırlanacaq? AÇIQLAMA

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Deputat Hikmət Babaoğlu Milli Məclisin İnsan hüquqları komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsin müzakirəsi zaman qeyd edib ki, uşaqlar üçün orta məktəblərdə xüsusi qidalanma menyusu hazırlanmalıdır.

Təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a açıqlamasında bildirdi ki, təklif yerində olan təklifdir:

Müsahibimizin fikrincə, artıq biz gələcək nəsillərimizi qorumaq üçün bu addımları atmağa səy göstərməliyik:

"Azərbaycanda fəaliyyət göstərən özəl liseylərin hamısında xüsusi tərtib olunmuş menyu və qidalanma artıq tətbiq olunur. Onlar dərsdən sonrakı əlavə məşğələlər vaxtı evə artıq getmirlər və elə həmin tədris aldıqları liseydə qidalanırlar, yeməklərini yeyirlər və sonra yenidən əlavə tədrisə başlayırlar.

O baxımdan, əgər bu, ümumi təhsil məktəblərinin hamısına şamil olunacaqsa, əlbəttə ki, bunun ya valideynlərin hesabına, ya da dövlət hesabına olacağı müzakirə mövzusudur. Çünki təhsil haqqında qanunda bu öz əksini tapmayıb. Görünür, əvvəlcə bunun normativ-hüquqi sənədləri, aktları hazırlanmalı və qanuniləşdirilməlidir. Ondan sonra bu təklif artıq gündəlikdə müzakirə olunub tətbiq edilə bilər. Amma təcrübə var, yəni o təcrübədən yararlanmaq olar".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
redaktor.az

2Mənbələr