AZ

“Ən çətin anlarımızda yanımızda ola qonşumuz...” Koçaryan İrana görə çox narahatdır

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Məni ən çox İranla sərhəd ətrafındakı vəziyyət və İranın son açıqlamaları narahat edir. İrana qarşı yeni hərbi əməliyyatlar ehtimalı çox yüksəkdir. Dünən ABŞ Prezidenti yenə də kifayət qədər sərt bir açıqlama verdi. Qonşu ilə münasibətlər pozulduqdan sonra onları bərpa etmək çətindir...”

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın sabiq başçısı Robert Koçaryan erməni mediasına açıqlamasında deyib.

Koçaryan növbəti dəfə Zəngəzur dəhlizi - TRIPP-in Ermənistanın təhlükəsizliyi üçün guya ən böyük təhdidə çevrildiyini iddia edərək, bunu həm də İranla əlaqələndirib: "Məsələ burasındadır ki, coğrafiya problem deyil, üstünlük olmalıdır. Ən çətin anlarda bizimlə birlikdə olan qonşu ölkəyə(İrana) qarşı inamsızlıq atmosferi yaratmaq bizə çox baha başa gələcək. Bu gün İranla münasibətlərdə inamsızlıq yarada biləcək addımlar ata bilmərik”.

Koçaryan Nikol Paşinyanı tənqid edərək deyib ki, Baş nazir tələsik Trampla şəkil çəkdirmək üçün fürsət əldə etdiyinə görə çox sevinib və bu, ona seçkilər üçün lazım idi: "Danışıqlar vaxt aparır: 8 avqust əvəzinə 8 sentyabrda da danışıqlar aparıb imzalaya bilərdilər. Ancaq bu adamın oturub işləmək və normal bir razılığa gəlmək üçün səbri yoxdur".

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
azpolitika.info

1Mənbələr