AZ

İran siyasi elitası Xameneini istefaya məcbur edir - Ali Rəhbər vəzifəsindən gedir?

İslahat hərəkatının liderləri İranın Ali Rəhbəri Seydi Əli Xameneinin istefasını tələb etmək və hakimiyyəti keçid şurasına təhvil vermək barədə razılığa gəliblər.

Missiya.Az xəbər verir ki, bu barədə “Euractiv” nəşri müzakirələrlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, iranlı siyasətçi Azər Mansuriyə Ali Rəhbəri istefa verməyə razı salmaq və hakimiyyəti keçid şurasına təhvil vermək təklifi ilə çıxış etmək tapşırılıb. Lakin bu plan İran hakimiyyətinin islahat hərəkatının liderlərinə qarşı təhdidləri səbəbindən baş tutmayıb.

Məlumata görə, İran müxalifətinin Xameneinin istefasını tələb etmək istəməsinin səbəblərindən biri Tehranda və İslam Respublikasının digər böyük şəhərlərində etirazçılar arasında çoxsaylı itkilərlə bağlı narazılıq olub.

Qeyd olunub ki, İran Konstitusiyasına əsasən, Ali Rəhbər vəzifə öhdəliklərini yerinə yetirə bilmədikdə və ya bu posta uyğun keyfiyyətləri itirdikdə vəzifədən uzaqlaşdırıla bilər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr