AZ

Tanınmış cərrah Anar Namazov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib

BAKI, AzerVoice

Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə tibb üzrə fəlsəfə doktoru Anar Namazov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub.

Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının assistenti və ATU Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri vəzifəsində çalışan Anar Namazov, bu şərəfli ada öz biliyi, zəhməti və yüksək peşəkarlığı sayəsində layiq görülüb.

Qedy edək ki, Anar Namazov 17 may 1983-cü il tarixində Qubadlı rayonunda anadan olub. O, orta təhsilini 1990-1993-cü illərdə Qubadlı rayonu 2 saylı orta məktəbində, 1993-1996-cı illərdə Sumqayıt şəhəri 24 saylı orta məktəbində, 1996-2000-ci illərdə isə “Dədə Qorqud” özəl türk litseyində alıb

Ali təhsilini 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetində tamamladıqdan sonra, peşəkar fəaliyyətini və elmi biliklərini artırmaq məqsədilə aşağıdakı mərhələləri keçib:

2006-2008: Rusiya Federasiyası Lazer Mərkəzi İnstitutunda cərrahiyyə üzrə klinik ordinatura;
2008-2011: Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında aspirantura.

Anar Namazov “Qarının ön divarının yırtıqlarının laparoskopik plastikasında ağırlaşmaların profilaktikası” mövzusunda elmi işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.

Onun əsas elmi araşdırma və praktiki fəaliyyət sahələrinəaşağıdakılar daxildir:

  • Yırtıqlar və böyrək transplantasiyası;
  • Qaraciyər, mədə, bağırsaq və mədəaltı vəz törəmələri;
  • Tireoid vəzi və öd kisəsi patologiyaları.

Ailəlidir, iki övladı var.

Seçilən
24
turkic.world

1Mənbələr