Fransalı hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan ayrılmaq üzrədir.
İdmanxeber.az xəbər verir ki, buna səbəb klubun oyunçuya verdiyi vədlərə əməl etməməsidir. 38 yaşlı futbolçu yeni müqavilə üzrə danışıqları dayandırıb. Benzemanın “Əl-İttihad”la mövcud sözləşməsi bu ilin yayında başa çatacaq.
Benzema əvvəllər “Real Madrid” və Fransada “Lion” komandalarında çıxış edib, 2023-cü ilin yayından isə “Əl-İttihad”ın formasını geyinir.