Bakı. Trend:
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycanın“yaşıl” nəqliyyata keçidinin sürətləndiirlməsinə dair tövsiyələrinibölüşüb.
Trend bu barədəAmCham-a istinadən məlumat verir.
Palata xüsusilə şəbəkəyə qoşulan hibrid nəqliyyat vasitələriüçün idxal rüsumlarından əlavə azadolmaların tətbiq edilməsini,şarj infrastrukturunun inkişafı üzrə yol xəritəsinin hazırlanmasınıvə özəl sahibkarlara elektrik enerjisinin üçüncü tərəflərə vəyenidən şəbəkəyə satılmasına imkan verən qanunvericilikdəyişikliklərinin həyata keçirilməsini təklif edir. Bu addımlarşarj stansiyalarına özəl investisiyaların artmasına töhfəverəcək.
AmCham həmçinin, Mərkəzi Bankın ekoloji təmiz nəqliyyatvasitələri üçün sığorta tariflərinin azaldılması ilə bağlıtövsiyələrinin icrasına dəstək göstərilməsini və nəzarətmexanizmlərinin tətbiqini, eləcə də yeni ticarət mərkəzlərində,dayanacaqlarda və yaşayış komplekslərində şarj stansiyalarınınməcburi quraşdırılmasının nəzərdə tutulmasını tövsiyə edir.
Bundan əlavə, ekoloji təmiz nəqliyyat vasitələrinin sahiblərinəxüsusi rəngli dövlət nömrə nişanları, ayrılmış parkinq yerləri vəödənişli yollardan istifadə üçün endirimlər kimi güzəştlərinverilməsi, həmçinin ekoloji təmiz avtomobillərin dövlətsatınalmalarında prioritet əldə etməsi təklif olunur.
“Bundan başqa, təmiz sıfır emissiya zonalarının yaradılması vəgenişləndirilməsi, o cümlədən Şuşa şəhərində ictimai nəqliyyat,milli parklarda daxili daşımalar və Ələt Azad İqtisadi Zonası kimistrateji obyektlərdə nəqliyyatın əhatə olunması, eləcə də 2030-cuilə qədər avtobus parkının ən azı 30 faizinin elektrikləşdirilməsisəviyyəsinə nail olunması zəruridir”, – deyə AmCham bildirir.
Daha geniş strateji planda AmCham dəmir yolu, dəniz və aviasiyanəqliyyatında alternativ yanacaq növlərinə tələbat və təklifinqiymətləndirilməsi üçün texniki-iqtisadi əsaslandırmatədqiqatlarının aparılmasını təklif edir. Buraya bioyanacaq,dayanıqlı aviasiya yanacağı, metanol və digər qarışıq yanacaqnövləri daxildir.
AmCham qeyd edir ki, Azərbaycan bu istiqamətdə artıq bir sıratədbirlər həyata keçirib.
Məlumata görə, hökumət hibrid və elektrik nəqliyyatvasitələrinin gömrük rəsmiləşdirilməsi və satışı zamanı ƏDV-dənazad olunmasını nəzərdə tutan dəyişiklik qəbul edib,elektromobillər isə idxal zamanı bütün vergilər və rüsumlardan tamazaddır.
Palatanın vurğuladığı kimi, bu addımlar ekoloji təmiz nəqliyyatvasitələrinin idxalının artmasına və istehlakçılar üçün dahaəlçatan olmasına şərait yaradıb.
“İctimai nəqliyyat sahəsində isə Bakıda ilk dəfə elektrikləişləyən avtobus istifadəyə verildi və ictimai nəqliyyat sisteminəinteqrasiya edildi. Ekoloji cəhətdən zərərsiz nəqliyyat vasitələriüçün yeni əlverişli kredit şərtləri də (ilkin ödəniş 40%-dən 20%-ə,faiz dərəcəsi isə orta hesabla 15%-dən 10%- ə endirildi)Azərbaycanın yaşıl nəqliyyata keçidinə əhəmiyyətli töhfə verdi.Eyni zamanda, bankların və maliyyə mexanizmlərinin hibrid vəelektrikli nəqliyyat vasitələrinin ev təsərrüfatları tərəfindənəldə edilməsində mühüm rol oynadığını vurğulamaq da vacibdir.2024-cü ildən müşahidə edilən və 2025-ci ildə də davam edən butəsirin 2030-cu ilə qədər uzana biləcəyi gözlənilir. Bu tədbirlərinbirləşdirilmiş təsiri ölkədə yaşıl nəqliyyatın inkişafına realtöhfə vermişdir”,-deyə AmCham hesabatında qeyd olunur.