AZ

AmCham: AQTA-da təkrar sənəd yoxlanışı idxal və sertifikatlaşdırmanı gecikdirir

AQTA tərəfindən qida təhlükəsizliyi icazəsi üçün tələb olunan sənədlərin sayı həddindən artıq çoxdur. Bu, sənədlərin toplanması və müfəttiş tərəfindən yoxlanılması zamanı prosesin ləngiməsinə səbəb olur.

APA-Economics” xəbər verir ki, bu Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, mövcud vəziyyətdə sertifikatın 1 günə verilməsi mümkün deyil. Tələb edilən sənədlərə mənşə sertifikatı, çəki siyahısı, istehsal və son istifadə tarixi qeyd olunan sənədlər, keyfiyyət və analiz sənədləri, müqavilə, etiket, məhsulun şəkli, CMR, baytarlıq və fito sertifikatlar daxildir.

“Gömrük orqanı tərəfindən artıq tələb olunan bu sənədlərin AQTA tərəfindən təkrar yoxlanılması zəruri deyildir. Bundan əlavə, qeydiyyat üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın tələb edilməsi bir çox sahibkarlar üçün problem yaradır, çünki bəzi obyektlərin çıxarışları mövcud deyil və bu, fəaliyyətin qeydiyyata alınmasına mane olur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarı ilə müəyyən edilmiş sənəd siyahısına əlavə olaraq, AQTA tərəfindən “ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun keyfiyyətini təsdiq edən sənəd”in də tələb olunması idxal və sertifikatlaşdırma prosesini ləngidir” - hesabatda vurğulanıb.

Seçilən
42
3
apa.az

4Mənbələr