AZ

Arda Gülər narazılıq etdi: Həmişə məni...

“Real”ın yarımmüdafiəçisi Arda Gülər Çempionlar Liqasının ümumi mərhələsinin son turunda “Benfika”ya qarşı oyunda (2:4) əvəzlənməsindən narazı qalıb.

Publika.az xəbər verir ki, türkiyəli futbolçu görüşün 79-cu dəqiqəsində meydanı tərk edib. Onun yerinə oyuna daxil olan braziliyalı Rodriqo isə matçın qalan hissəsində qırmızı vərəqə alıb.

Əvəzlənmə anında hesab 2:3 idi və Gülər künc zərbəsini yerinə yetirməyə hazırlaşırdı. Məhz həmin anda yarımmüdafiəçi əsəbi şəkildə əllərini yelləyərək “Həmişə mən, həmişə məni” ifadəsini səsləndirib. Bu epizod televiziya kameraları tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Arda Gülər 2023-cü ildə “Fənərbağça”dan “Real”a 26 milyon avro qarşılığında keçib. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilədək qüvvədədir. Cari mövsümdə Gülər “kral klubu”nun heyətində 33 matça çıxıb, 3 qol vurub və 12 məhsuldar ötürmə verib.

Seçilən
4
publika.az

1Mənbələr