AZ

Uaynhausun ikonik ayaqqabıları türk kolleksionerin arxivində

Tanınmış ingilis müğənni Emi Uaynhausa məxsus, üzərində qan izləri olan ikonik balet puantlarıhazırda türk kolleksioner Özgür Çiftin şəxsi arxivində saxlanılır.

Kulis.az xəbər verir ki, Los-Ancelesdə keçirilən hərracda 3 min 900 dollara satılan bu pabuçlara beynəlxalq kolleksionerlər tərəfindən yarım milyon funt sterlinqədək təkliflər edilib.

ƏşyalarınUaynhausun2007-ci ildə həyat yoldaşı ilə yaşadığı qalmaqallı dövrə aid olduğu və məşhur fotolarla üst-üstə düşdüyü bildirilir.

Sözügedən puantlar sənətçinin ölümündən sonra açılan məhkəmə işində də sübut kimi yer alıb.

Qeyd edək ki, kolleksioner bildirib ki, məqsədi bu nadir əşyaları satmaq yox, sərgilər vasitəsilə ictimaiyyətə təqdim etməkdir.

Seçilən
3
1
kulis.az

2Mənbələr