1-ci Liqanın lideri "Şəfa" "Ruslan 93"də keçirdiyi təlim-məşq toplanışına digər 1-ci Liqa komandası "Şimal"a qarşı sınaq matçı ilə yekun vurub.
Fanat.Az-ın məlumatına görə, 1 həfətəlik toplanışın bu gün baş tutan son yoxlama oyunu Bakı komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Şəfa"nın qollarına Emin Zamanov, İbrahim Əliyev, Nahid Əliyev və Ruslan Hacıyev imza atıblar.
Qeyd edək ki, sözügedən kollektiv bu toplanış çərçivəsində daha öncə "İmişli" (1:0), MOİK (2:0) və "Difai" (0:1) ilə də yoxlama oyunları keçirib.
Nihat