AZ

Şahbuzda avtomobil qaz xəttinə çırpıldı: 160 abonent qazsız qaldı - FOTO

Naxçıvanda yol qəzası nəticəsində qaz xətti yararsız hala düşüb.

Bakıvaxtı.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Şahbuz rayonunun Sələsüs kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil d-100 millimetrlik qaz xəttinə çırpılıb. 160 abonentin təbii qazın verilişi dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Seçilən
60
3
bakivaxti.az

4Mənbələr