AZ

Fridrix Merts: Avropa Trampın gömrük təhdidlərinə qarşı birlik olmalıdır

Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampın Avropaya qarşı mümkün gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı açıqlamalarına münasibət bildirib.

news365.az xəbər verir ki, Merts qeyd edib ki, Avropa bu cür təzyiqlərə qarşı öz maraqlarını qorumaq imkanına malikdir.


Onun sözlərinə görə, belə vəziyyətlərdə Avropa ölkələrinin vahid mövqe nümayiş etdirməsi xüsusi əhəmiyyət daşıyır. Kansler vurğulayıb ki, Avropa İttifaqı iqtisadi və siyasi baxımdan özünü müdafiə edəcək gücdədir və birlik daxilində həmrəyliyin gücləndirilməsi vacibdir.


Merts əlavə edib ki, ticarət mübahisələrinin dialoq yolu ilə həlli üstün tutulmalı, lakin Avropanın maraqları risk altına düşərsə, adekvat cavab verilməlidir.


Seçilən
11
news365.az

1Mənbələr