Şahbuzda minik avtomobili qaz xəttinə çırpılıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sələsuz kəndində qeydə alınıb.
Belə ki, avtomobil d-100 mm-lik qaz xəttinə çırpılıb, nəticədə qaz xətti yararsız hala düşüb.
Təhlükəsizlik səbəbilə 160 abonentə təbii qazın verilişi dayandırılıb. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.