AZ

“Qarabağ”ın oyunçularına bu qədər pul mükafatı veriləcək

“Qarabağ” klubunun oyunçuları Çempionlar Liqasının əsas mərhələnin 8-ci turunda “Liverpul”a 0:6 hesabı ilə məğlub olmalarına baxmayaraq, “pley-off” mərhələsinə vəsiqə qazandıqları üçün əhəmiyyətli bonuslar alacaqlar.

NOCOMMENT.az xəbər verir ki, hələ Almaniyanın “Ayntraxt Frankfurt” komandası ilə 7-ci tur matçından (3-2) əvvəl komanda  10 xal qazanıb növbəti mərhələyə keçəcəyi təqdirdə futbolçulara 200 000 manat mükafat vəd edilmişdi.

Beləliklə, Çempionlar Liqasının “pley-off” mərhələsinə vəsiqə qazandıqlarına görə, əsas heyətin oyunçuları hər biri 200.000 manat mükafat alacaq. Meydana çıxan ehtiyat oyunçular bu məbləğin 75%-ni, ehtiyat oyunçular skamyasında qalanlar isə 50%-ni alacaqlar. (azerisport.com)

Seçilən
23
4
nocomment.az

4Mənbələr