ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Avropa İttifaqı xarici işlər nazirləri yanvarın 29-da İrana qarşı yeni sanksiyalar qəbul ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Sanksiyalardan əvvəl Fransa xarici işlər naziri Jan-Noel Baron bildirib ki, Aİ İranda etiraz aksiyalarını qəddar şəkildə yatırdığı üçün Tehrana sanksiyalar tətbiq edəcək:
“Bu gün biz İranın zorakı təzyiqlərinə görə cavabdeh olanlara — hökumət üzvləri, prokurorlar, polis rəisləri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri və internetin kəsilməsinə cavabdeh olanlara qarşı sanksiyalar tətbiq edəcəyik”.
Baron əlavə edib ki, Aİ 20-dən çox fiziki və hüquqi şəxsin aktivlərini donduracaq və onların alyans ölkələrinə girişini qadağan edəcək.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.