AZ

"Het-trik edə bilərdim" - "Liverpul"un "Qarabağ"a iki qol vuran futbolçusu

"Liverpul" Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda doğma meydanda "Qarabağ"ı 6:0 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə çempionunun yarımmüdafiəçisi Aleksis Makallister matçdan sonra klubun rəsmi saytına açıqlaama verib. Oyunda 2 qol vuran argentinalı futbolçu 1/8 finala yüksəldikləri üçün xoşbəxt olduqlarını deyib:
"Bəli, həqiqətən çox vacib nəticə idi. Düşünürəm ki, oyun keyfiyyəti yaxşı oldu, xüsusilə də ikinci hissədə. Yaxşı təzyiq etdik, fürsətlər yaratdıq və bir neçə qol vurduq. Bu da özünəinamın qayıtması üçün vacibdi. Ona görə də mərhələni keçdiyimiz üçün xoşbəxtik. İndi diqqəti premyer-liqaya yönəltməyin vaxtıdı. Cərimə meydançasına daxil olmağı və qol vurmağı sevirəm. Bilirəm ki, bunu çox tez-tez etmirəm, amma həqiqətən xoşuma gəlir. Fasilədə edilən dəyişiklikdən sonra meydanda bir az daha irəlidə oynadım. Bu da cərimə meydançasına daha çox daxil olmağa imkan verdi. İkinci qolum bir az şanslı alındı, amma yaxşı idi. Hələ də üçüncü qol haqqında düşünürəm. Het-trik edə bilərdim, ilk het-trikim... Amma əsas olan odu ki, yaxşı oyun göstərdik, yaxşı nəticə əldə etdik. İndi dincəlməyin vaxtıdı".
Seçilən
19
2
football-plus.az

3Mənbələr