AZ

AVF prezidenti Şahin Bağırova general-polkovnik rütbəsi verildi - SƏRƏNCAM

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırova general-polkovnik rütbəsi verilib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şahin Soltan oğlu Bağırova “gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, Şahin Bağırov 2023-cü ilin aprelin 11-də Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti seçilib.

İdman.Biz
Məqalədə:
Seçilən
39
13
idman.biz

10Mənbələr