AZ

ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində olub (FOTO)

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyininmüvəqqəti işlər vəkili Emi Karlon Quba rayonuna səfər çərçivəsində“ABAD Factory” İstehsalat Kompleksinin fəaliyyəti ilə tanışolub.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, qonağa Prezident İlham Əliyevin müvafiq Fərmanıilə yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədəməlumat verilib. Bu çərçivədə mikro, kiçik və orta sahibkarlığıninkişafına dəstək, ailə təsərrüfatlarının formalaşması, yerliistehsalın təşviqi, regionlarda məşğulluğun artırılmasıistiqamətində görülən işlərdən söz açılıb.

Qeyd olunub ki, istehsalat kompleksinin yerləşdiyi bina 1956-cıildə “Mədəniyyət evi” kimi inşa edilib, uzun müddət istismarolunduqdan sonra yararsız vəziyyətə düşüb.

Həmçinin vurğulanıb ki, “ABAD” publik hüquqi şəxs tərəfindənailə təsərrüfatlarına istehsal, qablaşdırma, brendləşmə, marketinq,hüquqi yardım, mühasibatlıq və satış istiqamətləri üzrə kompleksdəstək xidmətləri göstərilir, milli məhsulların bazara çıxışimkanları genişləndirilir.

İstehsal prosesi və iş prinsipi ilə tanış olan Emi Karlo buradahazırlanan qida məhsullarından dadıb. O, ailə təsərrüfatlarınındəstəklənməsinə və yerli istehsalın inkişafına yönəlmiş “ABAD”modelinin əhəmiyyətini vurğulayıb və quruma gələcək fəaliyyətindəuğurlar arzulayıb.

ABŞ
ABŞ
ABŞ
ABŞ
ABŞ
ABŞ
Seçilən
91
9
az.trend.az

10Mənbələr