AZ

SON DƏQİQƏ! Tramp HƏRƏKƏTƏ KEÇDİ: İran yeni lider axtarmalıdır

ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneini devirməyə çağırıb və onu ölkənin tamamilə məhv edilməsində günahlandırıb.

O bildirib ki, İranın yeni lider axtarmasının vaxtıdır. “Ölkənin lideri olaraq, o, dövlətin tamamilə məhv edilməsində və dünyanın heç vaxt görmədiyi miqyasda zorakılıqda təqsirkardır. Əsl liderlik qorxu və ölüm üzərində deyil, hörmət üzərində qurulur. Bu adam xəstə bir insandır. O, ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi yarıtmaz rəhbərlik üzündən dünyada yaşamaq üçün ən pis yerdir”, – ABŞ lideri əlavə edib.

Məhəmməd Əsədullazadə

Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu strategiya eyni zamanda İranın neft və qaz yataqlarının ABŞ ilə birgə işlənməsini də ehtiva edir.

“İranda mövcud rejimin devrilməsi və yeni bir siyasi sistemin qurulması ABŞ-nin əsas hədəflərindən biridir. Dəniz blokadası effektiv nəticə verməyə bilər, çünki İranın güclü dəniz donanması mövcuddur.

Hazırda ABŞ İranla müəyyən nümayəndələr vasitəsilə danışıqlar aparır. Vaşinqton nüvə proqramından imtina, ballistik raket sistemlərinin məhdudlaşdırılması və proksi qüvvələrin dəstəklənməməsi kimi şərtlər irəli sürür”

“İran prinsipial mövqe sərgiləyir, geri çəkilmir və müharibəyə hazır olduğunu açıq şəkildə bəyan edir.

ABŞ-nin böyük hərbi qüvvə, ordu, aviadaşıyıcı gəmilər və havadan müdafiə sistemlərini İran ətrafına cəmləməsi aktiv hərbi əməliyyatların gündəmdə olduğunu göstərir və istənilən an hücum baş verə bilər. Prosesin əsas məqsədi İranı regional və siyasi ambisiyalarından geri çəkmək və növbəti mərhələdə rejim dəyişikliyinə nail olmaqdır”, – politoloq yekunlaşdırıb.

Seçilən
4
nocomment.az

1Mənbələr