Bakı.Trend:
Bir çoxumuz Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın –Bakının tam mərkəzində yerləşən ölkənin əsas kitab xəzinəsininyanından dəfələrlə keçmişik. Öz işlərimizi görməyə tələsmiş,“Sahil” bağı yaxınlığında görüşlər təyin etmiş, kitabxananın ciddivə monumental memarlığına heyranlıqla baxmışıq… Və demək olar ki,hər dəfə baxışımız yuxarıya – lodjiyalarda sanki zamanınkeşikçiləri kimi donub qalmış, dünya və Azərbaycan mədəniyyətiningörkəmli nümayəndələrinin daş fiqurlarının yer aldığı möhtəşəmfasada yönəlib. Bəs heç düşünmüşükmü ki, orada kimin heykəlləriucaldılıb və onların müəllifləri kimlərdir?
Trend oxucularınaArif Quluzadənin fotoları ilə müşayiət olunan çox maraqlı birmaterial təqdim edir.
Milli Kitabxananın tarixi 23 may 1923-cü ildən başlayır.Fəaliyyətinin ilk illərində o, Azərbaycan Elmlər Akademiyasınınbinasında cəmi bir neçə otaqda yerləşirdi ki, bu da şübhəsizinkişaf imkanlarını məhdudlaşdırırdı.
1939-cu ildə kitabxanaya görkəmli Azərbaycan mütəfəkkiri,dramaturqu və naşiri Mirzə Fətəli Axundzadənin adı verildi. Zamanlakitab fondunun həcmi sürətlə artdı, oxucuların sayı çoxaldı vəyeni, geniş bir binaya ehtiyac açıq şəkildə hiss olunmağabaşladı.
Müasir kitabxana binası 1960-cı ildə görkəmli memar MikayılHüseynovun layihəsi əsasında inşa edildi. Tikintinin yerininseçilməsində və həyata keçirilməsində tanınmış yazıçı SüleymanRəhimov mühüm rol oynadı. Artıq 1961-ci ilin əvvəlində kitabxanayeni binada fəaliyyətə başladı.
Burada yaradılmış şərait və yüksək ixtisaslı mütəxəssislərinəməyi kitabxananın ölkənin əsas mədəni və intellektualmərkəzlərindən biri kimi gələcək inkişafı üçün möhkəm zəminyaratdı.
Binanın cənub fasadı Xaqani küçəsinə baxır və “Sahil” bağınaaçılan mənzərə yaradır, şərq fasadı isə Rəşid Behbudov küçəsinəyönəlib. Burada, onun adını daşıyan Dövlət Mahnı Teatrı yerləşir vəəfsanəvi ifaçının şərəfinə abidə ucaldılıb.
Məhz kitabxananın fasadları dövrün təkcə memarlıq deyil, həm dəbədii manifestinə çevrilib. Geniş terrasda, fasadlarınlodjiyalarında Azərbaycan və dünya mədəniyyətinin görkəmlinümayəndələrini təmsil edən 15 heykəl yerləşdirilib. Soldan sağaonlar aşağıdakı ardıcıllıqla düzülüb:
Nizami Gəncəvi (1141–1209) – Azərbaycan şairi
Şota Rustaveli (XII əsr) – gürcü şairi
Aleksandr Puşkin (1799–1837) – rus şairi
Məhsəti Gəncəvi (XII əsr) – Azərbaycan şairəsi
Dmitri Mendeleyev (1834–1907) – rus alimi
Həsən bəy Zərdabi (1842–1907) – Azərbaycan maarifçisi
Maksim Qorki (1868–1936) – rus yazıçısı
Üzeyir Hacıbəyli (1885–1948) – Azərbaycan bəstəkarı
Səməd Vurğun (1906–1956) – Azərbaycan şairi
Bülbül (1897–1961) – Azərbaycan opera müğənnisi
Niyazi (1912–1984) – Azərbaycan dirijoru və bəstəkarı
Rəsul Rza (1910–1981) – Azərbaycan şairi
Mirzə Ələkbər Sabir (1862–1911) – Azərbaycan şairi
Əcəmi Naxçıvani (XII əsr) – Azərbaycan memarı
Soltan Məhəmməd (XVI əsr) – Təbriz miniatür məktəbininnümayəndəsi.
Bu monumental sənət əsərlərin müəllifləri Azərbaycanheykəltəraşlığının tanınmış ustaları – Əhməd Tsalikov, ElmiraHüseynova, Həyat Abdullayeva, Namiq Dadaşov və ZakirƏhmədovdur.
Qeyd edək ki, şərq fasadının lodjiyasında yerləşən Bülbül,Niyazi, Rəsul Rza, Əcəmi Naxçıvani, Mirzə Ələkbər Sabir və SoltanMəhəmməd heykəlləri əsas cənub fasadındakı heykəllərdən dahasonralar quraşdırılıb.