AZ

Ər arvad cin çıxarmaq adı ilə 9 yaşlı qızı öldürdü

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Novosibirsk vilayətində 9 yaşlı qızın qətli ilə bağlı rezonans doğuran iş üzrə hökm çıxarılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, yerli sakin uşağa qarşı zorakılıq hərəkətlərinə görə dörd il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin onu həlak olan qızın valideynlərinə 700 min rubl məbləğində təzminat ödəməyə da məcbur edib.

Hadisə 2024-cü ilin iyun ayında Novosibirsk vilayətinin kəndlərindən birində baş verib. Təqsirləndirilən qadın və onun həyat yoldaşı tanışlarının xahişi ilə üç uşağa nəzarət edirmiş. Qızlardan biri onlara “cinlərin təsiri altında” kimi görünüb və onlar guya “cini qovmaq” qərarına gəliblər.

Dörd gün ərzində ər-arvad uşağa ağır zorakılıq hərəkətləri tətbiq edib. Prokurorluğun məlumatına görə, qıza yemək verilməyib, ona fiziki və psixoloji təzyiq göstərilib. Cütlük baş verənləri kameraya çəkiblər.

Ölümün birbaşa səbəbi qızın çoxlu su içməsi olub. Kişinin uşağa zorla həddindən artıq miqdarda su içirdiyi, qızın isə həmin gün xəstəxanada vəfat etdiyi bildirilir.

Təqsirləndirilən qadının həyat yoldaşı ilə bağlı cinayət işi onun vəfat etməsi səbəbindən dayandırılıb. Hökm qanunla müəyyən edilmiş qaydada şikayət oluna bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
lent.az

1Mənbələr