AZ

Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi açıqlanıb

2025-ci il ərzində Milli Ödəniş Sistemləri (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 840,8 milyard manatı, sayı isə 145,1 milyonu ötüb.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, 2024-cü ilə nisbətdə aparılan əməliyyatların məbləği 10,6 faiz artıb, sayı isə 13,9 faiz azalıb.

Hesabat ilində AZİPS vasitəsilə 2,378 milyon əməliyyat üzrə 783,97 milyard manat, XÖHKS vasitəsilə 132,8 milyon əməliyyat üzrə 54,27 milyard manat, AÖS ilə isə 9,99 milyon əməliyyat üzrə 2,6 milyard manat həcmində ödəniş həyata keçirilib.

Seçilən
14
vergiler.az

1Mənbələr