AZ

Rusiya mütəxəssislərini İrandakı Buşəhr AES-dən təxliyə edə bilər

Rusiya

Rusiya zərurət yarandıqda, İranın Buşəhr Atom Elektrik Stansiyasında çalışan mütəxəssislərini təxliyə etməyə hazırdır.

APA “Al Jazeera“ telekanalına istinadən xəbər verir ki, bunu “Rosatom”un baş direktoru Aleksey Lixaçov deyib.

O, vəziyyəti izlədiklərini, lazım gəldiyi təqdirdə, Xarici İşlər Nazirliyi, eləcə də Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təxliyə ilə bağlı addımlar atmağa hazır olduqlarını bildirib.

Qeyd edək ki, ABŞ-İran gərginliyi fonunda İrana ediləcək mümkün hücumlarda nüvə obyektlərinin hədəf alınacağı ehtimal edilir.

Ötən ilin iyununda 12 günlük İran-İsrail müharibəsində Buşəhr nüvə stansiyasına hücum edilməyib.

Seçilən
17
4
xalqcebhesi.az

5Mənbələr