AZ

Laçın Rayon İcra Hakimiyyətində olunmuş hesabat yığıncağı keçirilmişdir - FOTO

Laçın Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ildə görülmüş işlərin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Moderator.az xəbər verir ki, 2026-cı il 29 yanvar tarixdə Laçın rayon sakinlərinin daha sıx şəkildə müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti başçısının Laçın  rayonu üzrə 2025-ci ildə görülmüş işlərin yekunlarına və  qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. 

İclasdan əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə tər güllər düzmüşlər. Sonra Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş Laçın  rayonuna tarixi səfərləri zamanı başladığı geniş quruculuq işlərini özündə əks etdirən foto-stendə baxış keçirilmişdir. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan yığıncaqda Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş bütün şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla  yad olumuşdur.       

Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə davam edən yığıncaqda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin  hesabat məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri müasir Azərbaycan dövlətinin  memarı və xilaskarı,  Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə başlanmış sosial-iqtisadi inkişaf və quruculuq işlərinin 2003-cü ildən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olmaqla böyük məharət və əzmkarlıqla  davam etdirilməsinin, ölkəmizdəki dönməz sabitliyin və təhlükəsizliyin qorunmasının, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsinin, Azərbaycanın dünyada söz sahibinə çevrilməsinin, etibarlı tərəfdaş kimi regional və beynəlxalq layihələrin tikintisində aparıcı dövlət kimi iştirakının bütövlükdə laçınlılar tərəfindən də  rəğbətlə qarşılandığı qeyd olunmuşdur.

Xüsusilə bildirilmişdir ki, yenilməz sərkərdə olaraq  dövlət başçısı cənab İlham Əliyevin  rəhbərliyi və  qətiyyəti sayəsində  rəşadətli ordumuzun şücaəti ilə  2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü ,  suverenliyi və tarixi  ədalət  bərpa edildi. Məruzədə  müharibədən dərhal sonra işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinə başlanılması, dövlət başçısı cənab İlham Əliyevin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş rayonlara mütəmadi səfərlərini, həmin ərazilərdə  aparılan işlərin tempini daha da sürətləndirmişdir.Rayon rəhbərinin məruzəsində dövət başçısının  hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan laçınlı məcburi köçkünlərin 2023-cü ildən başlayaraq  Laçın rayonuna Böyük Qayıdışın başlanması sayəsində hazırda  973  ailə  3 647 nəfər keçmiş laçınlı məcburi köçküünün Laçın rayonu  ərazisinə, həmçinin 126 ailə 473 nəfərin  isə Qarabağa - əzəli Azərbaycan torpağına qayıtmasına, ərazidə həyata keçirilən bərpa və qurucluq işlərində görə dövlət başçısına rayon sakinləri adından tükənməz minnətdarlıq bildirilmişdir.       

Çıxışlardan sonra yığıncaq iştirakçıları tərəfindən ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin içməli su təminatının yaxşılaşdırılması, 552 ailəlik qəsəbədə avtomobil yollarının təmiri və başqa təkliflər səsləndirilmişdir. Yığıncaqda uzun illər rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup ziyalıya laçın Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilmişdir.                     

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ziya Məmmədov və Milli Məclisin deputatı Rövşən Muradov  iştirak etmişlər.

Sonda yığıncağın qərar layihəsi oxunaraq yığıncaq iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Seçilən
23
moderator.az

1Mənbələr