AZ

ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi

style='margin-bottom:10px;'>

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

QOL.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada "Benfika"nın yarımmüdafiəçisi Andreas Şelderup layiq görülüb.

Norveçli vinger "Real"la baş tutan qarşılaşmada (4:2) dubl edərək komandasına parlaq qələbə qazandırıb. Məhz bu məğlubiyyət "kral klubu"nun əsas mərhələdə ilk səkkizlikdən kənarda qalmasına səbəb olub.

Şelderup səsvermədə rəqiblərini, "Çelsi"dən Joao Pedronu ("Napoli"yə 2 qol), "Bayer"dən Malik Tillmanı ("Vilyarreal"a 2 qol) və "Liverpul"dan Aleksis Makallisteri qabaqlayıb.

Xatırladaq ki, Aleksis Makallister təmsilçimiz "Qarabağ"ın "Liverpul"la (0:6) matçında dubl müəllifi olub.

Seçilən
46
2
teleqraf.com

3Mənbələr