AZ

Azərbaycan artıq istehlak edən yox, istehsal edən ölkə modelinə doğru inamla irəliləyir - Azər Qarayev

Bakı. Trend:

Son illərdə Azərbaycanın iqtisadi gündəliyində ən diqqətçəkənistiqamətlərdən biri sənayeləşmə və qeyri-neft sektorunungenişləndirilməsi siyasətidir. Qlobal enerji bazarlarındadəyişkənlik, geosiyasi risklər və dünya iqtisadiyyatında artanqeyri-müəyyənliklər fonunda ölkələrin yalnız təbii resurslaraəsaslanan modeldən uzaqlaşaraq, dayanıqlı və çoxşaxəli iqtisadistruktura keçidi həyati zərurətə çevrilib. Azərbaycan da buçağırışları vaxtında düzgün qiymətləndirərək, istehsala, sənayeyəvə ixrac yönümlü iqtisadiyyata əsaslanan yeni inkişaf mərhələsinəqədəm qoyub. Azərbaycan artıq istehlak edən yox, istehsal edən ölkəmodelinə doğru inamla irəliləyir.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"Bu kontekstdə bu ay Sumqayıt Sənaye Parkında istifadəyə verilənvə təməli qoyulan yeni müəssisələr sadəcə ayrı-ayrı iqtisadilayihələr deyil, bütövlükdə ölkənin gələcək iqtisadi modelininkonkret ifadəsidir. Güzgü istehsalı, karton və qablaşdırmasənayesi, polipropilen kisələr kimi sahələr ilk baxışdan kiçikgörünə bilər. Lakin əslində bu sahələr sənaye ekosisteminin əsassütunlarını təşkil edir və yüzlərlə digər sektorun inkişafına təkanverir. Azərbaycanda sənaye parkları və sənaye məhəllələrikonsepsiyası ölkənin iqtisadi siyasətində strateji alət kimiformalaşıb. Dövlət bu sahəyə təkcə təşviqedici deyil, həm dəsistemli yanaşma tətbiq edir: infrastruktur yaradılır, güzəştlərverilir, maliyyə və institusional dəstək göstərilir. Nəticədəsahibkarlar üçün risklər azalır, investisiya mühiti dahaproqnozlaşdırılan olur", - o bildirib.

Politoloq qeyd edib ki, bu yanaşmanın real nəticələri artıq açıqşəkildə görünür.

"Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul,Ağdam və Cəbrayıl ərazilərini əhatə edən sənaye parkları təkcəistehsal məkanları deyil, həm də yeni texnologiyaların, peşəkarkadrların və ixrac yönümlü biznes modellərinin cəmləşdiyi iqtisadimərkəzlərə çevrilib. Burada yaradılan müəssisələr bir-biri iləəlaqəli şəkildə fəaliyyət göstərərək, ölkə daxilində əlavə dəyərzəncirini formalaşdırır. Güzgü istehsalı zavodu, karton vəqablaşdırma müəssisələri, polipropilen kisə fabrikləri - bunlarınhamısı idxaldan asılılığın azaldılması baxımından mühüm əhəmiyyətdaşıyır. Uzun illər ərzində bu kimi məhsulların böyük hissəsixaricdən gətirilirdi. Bu isə həm valyuta itkisi, həm də təchizatzəncirlərindən asılılıq demək idi. Yeni istehsal sahələrininyaradılması ilə Azərbaycan daxili bazarın tələbatını yerli məhsullaödəmək imkanı qazanır. Bu, xüsusilə böhran dövrlərində stratejiəhəmiyyət kəsb edir. Qlobal ticarətdə baş verən fasilələr,logistika problemləri və qiymət artımları fonunda daxili istehsaliqtisadi təhlükəsizliyin əsas dayağına çevrilir. Eyni zamanda, bumüəssisələr yalnız daxili bazar üçün deyil. Onların məhsullarıartıq onlarla ölkəyə ixrac olunur. Bu isə qeyri-neft ixracınınartması, milli valyutanın möhkəmlənməsi və ölkənin beynəlxalqiqtisadi mövqelərinin güclənməsi deməkdir", - o bildirib.

A.Qarayev vurğulayıb ki, yeni zavodların açılması minlərlə insanüçün iş yeri deməkdir.

"Bu, sadəcə statistik göstərici deyil - hər bir iş yeri birailənin rifahı, bir gəncin gələcəyə inamı və cəmiyyətin sosialsabitliyi deməkdir. Xüsusilə regionlarda yaradılan sənayeməhəllələri paytaxta miqrasiyanın qarşısının alınmasında və yerliicmaların iqtisadi fəallaşmasında mühüm rol oynayır. Sənayeparklarında yaranan iş yerləri təkcə fiziki əmək deyil, eynizamanda mühəndislik, texnologiya, logistika, marketinq və idarəetməkimi sahələri də əhatə edir. Bu isə ölkədə peşəkar kadr bazasınıngenişlənməsinə və gənclərin müasir ixtisaslara yönəlməsinə stimulyaradır. Yeni müəssisələrin əksəriyyəti Çin, Almaniya, Türkiyə kimiölkələrin qabaqcıl texnologiyaları əsasında qurulur. Bu,Azərbaycanda sənayenin keyfiyyətcə yeni mərhələyə keçməsi deməkdir.Avtomatlaşdırma, rəqəmsal idarəetmə, enerji səmərəliliyi və ekolojistandartlar artıq istehsalın ayrılmaz hissəsinə çevrilir. Bu daölkə məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətiniartırır. Yəni, söhbət təkcə çox istehsal etməkdən yox, keyfiyyətlivə standartlara uyğun məhsul buraxmaqdan gedir", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın sənaye siyasətinin əsasfərqləndirici cəhətlərindən biri dövlətlə biznes arasındaformalaşan tərəfdaşlıq modelidir. Dövlət infrastruktur yaradır,güzəştlər verir, maliyyə dəstəyi göstərir. Sahibkar isə istehsalqurur, iş yeri yaradır, ixrac edir və vergi ödəyir.

"Vergi və gömrük güzəştləri, ucuz kreditlər, hazır sənayesahələri bu modelin əsas dayaqlarıdır. Nəticədə ölkəyə həm yerli,həm də xarici investorların marağı artır. Sənaye parkları artıq“riskli layihə” deyil, “proqnozlaşdırılan gəlir” məkanı kimi qəbulolunur. Xüsusilə azad edilmiş ərazilərdə sənaye parklarınınyaradılması yeni mərhələnin başlanğıcıdır. Ağdam və Cəbrayılistiqamətində formalaşan "Araz Vadisi İqtisadi Zonası" təkcəiqtisadi layihə deyil, həm də sosial-siyasi reabilitasiyanın mühümelementidir. Bu bölgələrdə istehsalın qurulması məcburi köçkünlərinqayıdışı, regionların dirçəlişi və iqtisadi həyatın bərpası üçünəsas zəmin yaradır", - o bildirib.

Politoloq qeyd edib ki, bu gün Azərbaycanda açılan hər yenizavod, qurulan hər yeni xətt ölkənin gələcəyinə qoyulansərmayədir.

"Bu, yalnız iqtisadi göstəricilərlə ölçülmür. Bu, müstəqilqərarvermə imkanları, sosial sabitlik, regional güc və qlobalrəqabət qabiliyyəti deməkdir. Sumqayıtda açılan güzgü, karton vəpolipropilen müəssisələri bu böyük strategiyanın yalnız birhissəsidir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan artıqistehlak edən yox, istehsal edən ölkə modelinə doğru inamlairəliləyir. Bu yol isə uzunmüddətli rifahın, iqtisaditəhlükəsizliyin və milli inkişafın ən etibarlı təminatıdır", -A.Qarayev əlavə edib.

Məqalədə:
Seçilən
18
1
az.trend.az

2Mənbələr